Elsevier və Civil-Comp Press təşkilatlarının qarşılıqlı əməkdaşlığı ilə Engineering Computational Technology (Mühəndis Hesablama Texnologiyası) XI beynəlxalq konfransı keçiriləcək.
Konfrans 23-25 avqust 2022-ci il tarixlərində Fransanın Monpelye şəhərində təşkil olunacaq.
Hesablama Strukturlarının Texnologiyasına aid davamlı şəkildə keçirilən konfrans mühəndislik və mexanika sahəsində müasir texnologiyaların tətbiqinə həsr olunub. Hesablama texnologiyaları müasir avadanlıq və proqram təminatının yaradılması, eləcə də alqoritm və nəzəri metodları özündə ehtiva edir.
Engineering Computational Technology (Mühəndis Hesablama Texnologiyası) XI beynəlxalq konfransı bu konfranslardan ixtsaslaşmış tədqiqat sahəsi üzrə nəzəri, riyazi, eləcə də elmi yeniliklərlə yanaşı, bu sahələrdə quraşdırılmış texnologiyaların tətbiqinə həsr olunan mövzuların müzakirəsi və geniş şəkildə diqqətə çatdırılması məqsədilə təşkil olunur.
Konfransın əsas spikeri- professor Klaus-Jürgen Bathe Massachusetts Institute of Technology, ABŞ
Konfransın əsas mövzuları
- Mühəndislik hesablama metodları
- Təhlil: Metodlar və üsullar
- Materialların modelləşdirilməsi və xarakteristikası
- Emal sənayesi
- Optimallaşdırma və dizayn
- Proqram təminatının hazırlanması: alətlər, metodlar və problemlər
- Hesablama mühəndisliyi: Təhsil və təlim
1600 sözdən ibarət qısa məqalə konfrans təşkilat komitəsinin tələblərinə uyğun tərtib və təqdim edilməlidir.
Konfransın qeydiyyatı və son tarixlər
Konfransı dəstəkləyən elmi jurnallar
Konfransı dəstəkləyən jurnallar – təşkilat komitəsi konfransa təqdim olunan məqalələrdən müsbət rəy alan müəlliflərin elmi məruzələrinin bu jurnallara istiqamətləndirərək burada nəşr olunması imkanını yaratmışdır.
Konfrans haqqında yenilikləri linkindən qeydiyyatdan keçərək əldə edə bilərsiniz.
Əlavə məlumat almaq üçün saytdakı Contact Us hissəsinə müraciət ünvanlamaq mümkündür.