“Erasmus+”mübadilə proqramı vasitəsi ilə Türkiyənin Hacəttəpə Universitetində mübadilədə iştirak edə bilmək imkanı
06 Noyabr 2017
Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1. Bakalavr, magistratura və ya dokotrantura pilləsində təhsil almalı;
2. Minimum orta qiymət 85 (100 ballıq qiymətləndirmə sistemində) bal olmalı;
3. İngilis və ya türk dilində əla qavrama, yazı və danışıq qabiliyyətinə sahib olmalıdırlar.
Tələb olunan sənədlər:
1. Bakalavr və magistrlar üçün akademik transkript (ÜOMG göstərilməklə);
2.Doktorantlar üçün Doktorantura şöbəsindən arayış;
3. Tədris protokolu (LEARNING AGREEMENT FOR APPLICANTSOF ERASMUS+);
4. İngilis və ya türk dili biliyini təsdiq edən sənəd, arayış və ya seritifikat (mütləqdir);
5. Xarici pasportun surəti (əgər varsa);
6.Tələbə bileti;
7. 3×4 şəkil – 2 ədəd.
Müraciət üçün son tarix: 17 noyabr 2017-ci il.
Əlaqələndirici şəxs: Pərvin Paşayeva
Əlaqə üçün:
Beynəlxalq əlaqələr departamenti
Telefon: +994 12 492 60 45