Aprelin 1-də
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Erasmus+ proqramı çərçivəsində
Avropa universitetlətində bir semestr ərzində təqaüdlü təhsil almaq imkanları haqqında geniş təqdimat keçiriləcək.
UNEC-in 1, 2 və 3-cü kurs tələbələri və 1-ci kurs magistrantları təqdimatda iştirak etmək üçün dəvət olunurlar.
Təqdimat saat 16.00-da UNEC-in əsas tədris binasının kiçik akt zalında keçiriləcək.
Təşkilatçı: Beynəlxalq Əlaqələr Departamenti (115-ci otaq)