“Ermənistanın Qarabağda iqtisadi terroru” mövzusunda onlayn seminar keçiriləcək

26 May 2021
view

seminarUNEC Ermənistan İqtisadiyyatının Ararşdırma Mərkəzinin təqdimatında “Ermənistanın  Qarabağda  iqtisadi terroru” mövzusunda onlayn seminar keçiriləcəkdir.


Seminarda UNEC Ermənistan İqtisadiyyatının Ararşdırma Mərkəzinin rəhbəri prof. Qafar Çaxmaqlı “İşğal dövründə Ermənistan və xarici ölkələr tərəfindən Azərbaycanın sərvətlərinin talan edilməsi” və TC «Bizim Eyvan» jurnalının  baş redaktoru, araşdırmaçı Dr.Seradar Kozan “Azərbaycanın 44 günlük zəfərindən sonra Cənubi Qafqaz bölgəsində siyasi-iqtisadi durum və perspektivlər” mövzusunda məruzələrlə çıxış edəcəklər.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Ermənistan İqtisadiyyatının Ararşdırma Mərkəzinin təşkilatçılığı ilə keçiriləcəkdir.

31 may 2021-ci il tarixində saat 12.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən https://zoom.us/94208055183  linki vasitəsilə qoşula bilərsiniz.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!