
Müraciətlər daha çox Nazirlər Kabinetinin 13 aprel tarixli “Sosial həssas əhali qrupuna aid olan ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı, ACCA və Coursera onlayn təhsil platformasında qazanılmış sertifikatların tanınması və 2019/2020-ci tədris ilinin Yaz semestrinin imtahan sessiyası üzrə nəticələri kimi qəbul edilməsi, eləcə də sərbəst işlər, imtahanların təşkili, buraxılış işinin müdafiəsi və dövlət imtahanı, istehsalat təcrübəsi, distant dərslərin video yazısının tələbə kabinetinə yüklənməsi, təhsil haqqı barəsində olub. 425 müraciətə aidiyyəti üzrə baxılaraq icrası üçün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı, müraciətlə bağlı tələb olunan sənədlər və digər zəruri məlumatlar tələbələrin şəxsi kabinetlərinə göndərilib. Tələbələr müraciət üçün tələb olunan təsdiqedici sənədləri [email protected] ünvanına göndərməlidirlər. Yaz semestri üçün müraciətlərin qəbulu 1 iyuna qədər davam edəcəkdir.
“Coursera for Campus” və “ACCA” sertifikatlarının tanınması ilə bağlı qaydalarda qeyd edilən müvafiq təsdiqedici sənədlər isə Fakültə Katibliklərinin e-poçtlarına göndərilməlidir. “Coursera for Campus” sertifikatlarının tanınması üçün müraciətlərin qəbulu 20 may, “ACCA” sertifikatları üçün isə 20 iyun tarixinə qədər davam edəcəkdir.
Fakültələr (məktəb, mərkəz) üzrə e-poçtlar:
1.Beynəxalq Magistratura və Doktorantura mərkəzi- [email protected]
2.Beynəlxalq İqtisadiyyat məktəbi- [email protected]
3.Biznes və menecment- [email protected]
4.İqtisadiyyat- [email protected] -I növbə təhsilalanlar; [email protected] -II növbə təhsilanlar
5.Türk Dünyası iqtisad- [email protected]
6.Distant, qiyabi və əlavə təhsil mərkəzi- [email protected]
7.Ekspertiza və standartlaşdırma- [email protected]
8.Texnologiya və Dizayn- [email protected]
9.Rus İqtisad məktəbi- [email protected]
10.Maliyyə və mühasibat- [email protected]
11.SABAH- [email protected]
12.Biznes məktəbi (MBA)- [email protected]
13.Magistratura mərkəzi- [email protected]