Elm günləri çərçivəsində UNEC-in gənc tədqiqatçı, magistrant və tələbələrinin elmi məqalələrinin müsabiqəsi elan edilir.
Mövzu: “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər”
Məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:
- Məqalələrdə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.
- Məqalələrin həcmi tələbə və magistrantlar üçün 3 səhifədən (A4), gənc tədqiqatçılar üçün isə 6 səhifədən (A4) çox olmamalıdır. Məqalələr 12 ölçüdə, 1.5intervalla, Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25mm, sağdan 10mm, yuxarıdan 25mm, aşağıdan 20mm) boşluq buraxılmalıdır. Tezislərə azərbaycan, rus və ingilis dillərində xülasə və açar sözlər verilməlidir.
- Müsabiqəyə təqdim olunacaq məqalələr azərbaycan, rus və ingilis dillərində yazıla bilər. İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilməlidir (məsələn; 1, səh.15).
- Məqalələrdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır.
- Məqalələr Təşkilat Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir.
- Məqalələrin qəbulu və seçilməsi 2015-ci il noyabr ayının 5-nə kimi aparılacaqdır.
- I, II və III yerləri tutan qaliblər mükafatlandırılacaqdır.
Məqalələrinizi UNEC-in “Elm” şöbəsinə təqdim edə bilərsiniz.
Telefon: (012) 492-72-98