Gənclər və İdman Nazirliyi “İdeya var!” müsabiqəsini elan edir
27 Dekabr 2016
Müsabiqə “Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, milli mənəvi dəyərlərin qorunması”,”Qeyri-formal təhsil və gənclərin innovativ yaradıcılığı”,”Ekologiya və sağlam həyat tərzi” və “Sosial həyat” nominasiyaları üzrə aparılır.
14-29 yaşlı gənclər fərdi və ya müəllif qrupu kimi müsabiqədə iştirak edə bilərlər.
Mükafat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Diplomu və pul mükafatından ibarətdir.
Hər nominasiya üzrə 1-ci yerin qalibi 500, 2-ci yerin qalibi 300, 3-cü yerin qalibi 200 manat məbləğində pul mükafatı ilə təltif ediləcək.
Layihələrin təşkilat komitəsinə təqdim edilməsi üçün son tarix 10 yanvar 2017-ci ildir.
Müsabiqənin finalı və qaliblərin mükafatlandırma mərasimi isə 03 fevral 2017-ci il tarixdə keçiriləcək.
Təşkilat Komitəsinin ünvanı:
Bakı şəhəri, AZ 1072, Olimpiya küç., 4, Gənclər və İdman Nazirliyi
Tel: (+994 12) 465 64 43, 050 247 07 40
elektron ünvan: [email protected]