Gürcüstanda “Keyfiyyətin qiymətləndirilməsi” mövzusunda konfrans keçiriləcək

22 Yanvar 2020
view

IAUP_22012022-26 aprel tarixlərində Gürcüstanın Tbilisi şəhərində 2020-ci ilin yarımilliyinə həsr olunan “Keyfiyyətin qiymətləndirilməsi” (The Scope of Quality Assurance) mövzusunda konfrans keçiriləcək.


Konfrans İvana Yavaxişvili adına Tbilisi Dövlət Universitetinin rəhbərliyi ilə təşkil olunacaq. Konfransda rektor prof. Corc Şarvaşidze, ali təhsil müəssisələrinin rəhbərləri, Beynəlxalq Assosiasiyasının və Şərqi Avropa Palatasının İcra Komitəsinin üzvü, Caucasus (Qafqaz) universitetinin rektoru, Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının hazırki prezidenti Dr. Kaxa Şengeliya və Gürcüstan hökumətinin dövlət rəsmiləri iştirak edəcək.


Qeyd olunan konfransda universitetlərin müstəqil fəaliyyəti və hesabatlılıq prinsipləri, tələbələrin tədris və öyrənmə zamanı keyfiyyətin qiymətləndirilməsi prosesinə cəlbi, eyni zamanda, universitetlərdə keyfiyyətin qiymətləndirilməsi prosesinin əsas vəzifə kimi çıxış etməsi və digər mövzularda müzakirələr aparılacaq. Konfransın bağlanış mərasimdə müxtəlif beynəlxalq mədəni proqramlar nümayiş etdiriləcək.


Ətraflı: https://www.iaup.org/events/
Email: [email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!