"Holcim" şirkəti təcrübə proqramı elan edir

19 Avqust 2015
view
"Holcim" (Azerbaijan) şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları, magistrları və qiyabi formada təhsil alan bakalavrları üçün ödənişli təcrübə proqramına qəbul elan edir.

3 Təcrübəçı 3 ay müddətinə şirkətin Maliyyə Nəzarəti və Mühasibatlıq şöbəsində çalışacaq. Cins fərqi yoxdur.
İngilis dili biliyi şərtdir, rus dili isə arzuolunandır.
İş yeri müsahibədən asılı olaraq Qaradağ zavodunda və ya Ağ şəhərdə yerləşən ofisdə ola bilər.
Təcrübə müddətində ən yaxşı nəticə göstərənlərin daimi işlə təmin olunması ehtimalı yüksəkdir.
İş saatı: 08:00 - 17:00 (Nəqliyyat xidməti şirkət tərəfindən təmin edilir)
CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.



 

Qeyd edək ki, universitetimizin Maliyyə fakültəsinin 4-cü kurs tələbəsi Natiq Əliyev artıq bu proqram vasitəsilə qəbul olunmuş və şirkətin Maliyyə nəzarəti şöbəsində təcrübə keçir.

 

Hər birinizə uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!