Yanvarın 19-da İctimai Nəzarət Şurasının üzvləri Radio UNEC-in qonağı olacaqlar.
“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev və
Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov
saat 12:00-da radionun canlı efirində qış imtahan sessiyasının gedişi ilə bağlı
dinləyicilərin suallarını cavablandıracaqlar.
Şura üzvlərinə suallarınızı bu gündən etibarən [email protected] ünvanına göndərə bilərsiniz.