İndoneziya universitetlərində bir illik təqaüd proqramı

04 Yanvar 2018
view

İndoneziya hökuməti 1 il müddətində İndoneziya universitetlərində İndoneziya dili, incəsənəti və mədəniyyətini öyrənməyə maraq göstərən tələbələrə 2018-2019 tədris ili üçün “Darmasisva” İndoneziya təqaüd proqramını təklif edir. Bu tədris ilində ümumilikdə 650 nəfər tələbəlik kvotadan 3 yer Azərbaycan Respublikasına ayrılıb.


Darmasisva proqramında iştirak etmək istəyən tələbələr aşağıdakı göstəricilərə sahib olmalıdırlar:




  1. Sosial aktiv tələbə;

  2. Orta təhsili və ya ona ekvivalent təhsil pilləsini bitirmiş;

  3. Minimum yaş həddi 17, və 35 yaşdan yuxarı olmayan;

  4. Subay;

  5.  İngilis  və ya İndoneziya dilində danışmağı bacaran (İngilis dili sertifikatı TOEFL/TOEIC/IELTS və ya qüvvədə olan sertifikat);

  6. Sağlamlığı təsdiq edən tibbi arayış;

  7. Tətbiq olan sahə üzrə ümumi biliyə sahib olan.


*
Təqaüd proqramında iştirak üçün aşağıdakı sənədlər tələb olunur:




  1. Tərcümeyi hal;

  2. Tibbi arayış;

  3. İndoneziyaya çatdıqdan sonra pasportun etibarlılıq müddətinin bitməsinə minimum 18 ay qalmalıdır
    (nəzərdə tutulan vaxt: 1 avqust 2018-ci il);

  4. Ali təhsil müəssisəsindən rəsmi blank və imzalı tövsiyə məktubu (İngilis dilində);

  5. Akademik transkript (İngilis dilində);

  6. Dil biliyini təsdiq edən sertifikat (Müvafiq);

  7. Tətbiq olunan sahə haqqında inşa (İngilis və ya İndoneziya dilində, maksimum 500 söz);

  8. Tətbiq olunan sahə üzrə əlaqədar sertifikatlar.


Təqaüd proqramında iştirak etmək üçün Darmasisva proqramının rəsmi saytında qeydiyyatdan keçərək bütün sənədləri təqdim etmək tələb olunur: apply.darmasiswa.kemdikbud.go.id.


2018-2019 Darmasisva proqramı üçün vaxt cədvəli aşağıdakı kimidir:





























































N Fəaliyyət Vaxt
1 Onlayn qeydiyyat 18 Dekabr 2017-18 Yanvar 2018
2 İndoneziya Respublikasının Bakıdakı səfirliyində müsahibə 18 Fevral-3 Mart 2018
3 Akademik seçimin ilkin mərhələsi 12 Mart-19 Mart 2018
4 Akademik seçimin ikinci mərhələsi 20 Mart-24 Mart 2018
5 Nəticələrin elan edilməsi 16 aprel 2018
6 İştirakçının təsdiqi 16 Aprel-16 May 2018
7 Uçuş Cədvəlinin verilməsi 16 Aprel-1 Avqust 2018
8 Bakıda İndoneziya dilinin tədrisi İyul-Avqust 2018
9 İstiqamətləndirmə Avqustun sonu 2018
10 Proqramın Başlaması Avqustun sonu-Sentyabrın əvvəli 2018

PROGRAM

PROGRAM

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!