“İnnovativ sahibkarlığın mikro və makro aspektləri” mövzusunda onlayn seminar keçiriləcək

01 İyun 2021
view

is_seminarUNEC-də Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dos. Altay İsmayılovun moderatorluğu ilə “İnnovativ sahibkarlığın mikro və makro aspektləri” mövzusunda onlayn seminar keçiriləcək.


Seminarda Azərbaycan Dövlət İnnovasiya Agentliyi İdarə Heyətinin üzvü Fariz Quliyev, Lütfi-Zadə Texnologiya Mərkəzinin rəhbəri İmran Bağırov və Almaniyanın Darmştat Texniki Universitetinin tədqiqatçısı Nail Tahirov məruzələrlə çıxış edəcəklər.


Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaqdır.


3 iyun 2021-ci il tarixində saat 18.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən https://zoom.us/j/93548225611 linki vasitəsilə qoşula bilərsiniz.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!