Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu “Heydər Əliyev ili” çərçivəsində “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi yerli və xarici ali təhsil, elmi-tədqiqat müəssisələri və beyin mərkəzlərinin əməkdaşları tərəfindən Heydər Əliyevin səyi və təcrübəsi ilə həyata keçirilmiş iqtisadi və istitusional islahatların Azərbaycanın iqtisadi inkişafına töhfəsi, eləcə də ölkənin hazırki iqtisadi inkişaf meylləri ilə bağlı tədqiqatların aparılmasının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.