İslam İnkişaf Bankı (İİB) 2015-2016-cı illər üzrə Təqaüd Proqramını elan edir. Bu proqram İİB-ə üzv ölkələrdən olan şəxslərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almalarına və doktoranturadan sonrakı tədqiqat işi aparmalarına imkan verəcək. Proqram barədə ətraflı məlumatı və ərizə formalarını İİB-in rəsmi saytından (www.isdb.org) əldə etmək olar.
Proqram haqqında məlumatın aidiyyəti üzrə çatdırılması məqsədi ilə müvafiq qaydada doldurulmuş ərizələrin 15 mart 2015-ci il tarixinə qədər İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim olunması xahiş olunur.
İSN üzrə əlaqələndirici şəxs:
Elnur Şükürov ([email protected].)