UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC İslam Maliyyə Mərkəzi və UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə “İslam moda industriyası: yeni trendlər və perspektivlər” mövzusunda onlayn seminar keçiriləcək.
05 may 2021-ci il tarixində saat 17.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən link vasitəsilə qoşula bilərsiniz.