ADİU-nun Virtual Şirkətində təcrübə keçmək istəyənlərin nəzərinə!

06 Aprel 2015
view

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) maliyyə-mühasibat xidmətləri sahəsində fəaliyyət göstərən və ixtisaslaşan virtual şirkətdə təcrübə keçmək üçün qəbul başlayır. Şirkətə qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibədə Uçot-iqtisad və Maliyyə fakültəsinin III və IV kursunda, eləcə də bu ixtisaslar üzrə təhsil alan magistrlar iştirak edə bilərlər.


Müsahibədən keçən 20 nəfər şirkətə təcrübəyə götürüləcək və onlar əmək bazarının tələblərinə uyğun təlimlər üzrə hazırlanacaqlar.


Müsahibədə iştirak etmək istəyənlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun “subject” bölməsində “virtual company” sözü qeyd edilməlidir. CV-lərin qəbulu 15 aprel 2015-ci il tarixinədək davam edəcək.


Əlaqə telefonu: (+99 412) 497 71 35, ADİU Karyera Mərkəzi

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!