İspaniyada IBIMA konfransı keçiriləcək

28 Aprel 2021
view

İspaniyanın Cordoba şəhərində IBIMA konfransı keçiriləcək.


Konfransın məqsədi iqtisadiyyat, menecment, innovasiya, sahibkarlıq, təhsil, marketinq, insan resursları və maliyyə sahələri üzrə mütəxəssislərivə tədqiqatçıları elmi müzakirələrin aparılması məqsədilə bir araya toplamaqdır.

Konfransda iştirak üçün böyük tələbin olması ilə əlaqədar olaraq təşkilat komitəsi tərəfindən məruzələrin qəbulu tarixi uzadılıb. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq konfrans təşkilatçıları “Virtual təqdimat” layihəsini təqdim edir. Belə ki, müəlliflər məruzələrini aşağıdakı şərtlərə əməl edərək göndərə bilər:

  • Əsas mövzular

  • Məruzələrin son təqdimolunma tarixi – 7 may 2021

  • Məruzələrin tərtib olunma qaydası

  • Ödəniş şərtləri


Bir məruzənin dəyəri (tək müəllifli və ya həmmüəllifliklə) - 295 ABŞ dolları

Məruzənin qəbulu haqqında təsdiq cavabı alan müəllif tərəfindən əlavə məruzə təqdim olunduğu halda -145 ABŞ dolları

Məruzələrin göndərilməsi üçün elektron poçt ünvanı: [email protected]

Konfrans materialları ISBN: 978-0-9998551-6-4 nömrəli elektron kitab şəklində yayımlanacaq və konfransdan sonra Web of Science bazasında indeksləşməsi üçün Clarivate Analytics şirkətinə göndəriləcək.

Konfrans haqqında suallarınızı linkə ünvanlaya bilərsiniz.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!