İtaliyanın Sapienza Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan olunur

16 Mart 2023
view
Mübadilə

İtaliyanın Sapienza Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində payız semestri üçün qəbul elan olunur.

Proqramda bakalavriatura və magistratura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.

Seçiləcək tələbə sayı: 5 nəfər

Müraciət üçün əsas şərtlər:

  • Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
  • İngilis dili ən az B2 səviyyəsində olmalı;
  • Bakalavr pilləsi üzrə 1,2 və ya 3-cü kurs tələbəsi olmalı;
  • Magistr pilləsi üzrə 1və ya 2-ci kurs tələbəsi olmalı.

Müraciət üçün son tarix: 30 mart 2023-cü il

Tələb olunan sənədlər:

  • ƏRİZƏ
  • Sapienza Universiteti ilə UNEC-dəki fənlərin uyğunluğu CƏDVƏLİ
  • Transkript (bütün semestrlər üzrə)
  • CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (tel.nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
  • Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
  • "Niyyət məktubu (ingilis dilində)"
  • Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).

Müraciət edən tələbələr Sapienza Universitetində təhsil alacaqları fənləri UNEC-dəki qeyd olunan cədvəldə uyğunlaşdırmalıdırlar. Dərs seçimi 28-30 kredit arasında aparılmalıdır. Minimum 3 dərs seçilməlidir. UNEC tələbələri növbəti semestrin dərsləri haqqında məlumatı müvafiq dekanlıqdan, Sapienza Universitetinin dərsləri haqqında məlumatı isə https://www.uniroma1.it/en/pagina-strutturale/home veb-keçidində axtarıb tapa bilərlər.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq). 

Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «Sapienza Universiteti» yazılmalıdır.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!