Kapital Bank ASC magstrantlar üçün təcrübə proqramı elan edir

18 Yanvar 2016
view
“Kapital Bank” ASC Korporativ Bankçılıq departamentində Kiçik və Orta sahibkarlığın maliyyələşdirilməsi istiqaməti üzrə təcrübə proqramı elan edir. Seçiləcək namizədlərin təcrübə proqramında işin tələblərinə uyğun hazırlanması və yeni bilik, bacarıqların öyrədilməsi bank tərəfindən təmin ediləcəkdir. Təcrübə proqramı ödənişsiz həyata keçiriləcək. Namizədlər işə qəbul edildiyi təqdirdə onlara 500-600 manat xalis əmək haqqı təyin ediləcək.

 

Tələblər:

  • Maliyyə Kredit sahəsi üzrə bakalavr və magistr təhsili (MBA proqramında təhsil alanlar daxil olmaqla);

  • TQDK qəbul balı – 500-dən yuxarı, magistratura (MBA) qəbul balı – 90-dan yuxarı;

  • Əla səviyyədə Rus dili biliyi (İngilis dili biliyinin olması arzuolunandır);

  • Yüksək təhliletmə qabiliyyəti;

  • Yüksək ünsiyyətqurma qabiliyyəti;

  • Öyrənməyə və inkişaf etməyə meyilli;

  • Nizam-intizamlı və məsuliyyətli.


 

Maraqlananlar CV-lərini [email protected] elektron poçtuna göndərə bilərlər.

Elektron poçtun “subject” bölməsində “UNEC-CV” sözünü qeyd etməyi unutmayın.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!