Kapital Bank tələbələr üçün “Birbank” təqaüd proqramı elan edir.
Tələbələr proqram çərçivəsində aylıq təqaüd almaqla yanaşı, Kapital Bankda təcrübə keçmək, eləcə də təlimlərə qatılmaq şansı əldə edəcəklər.
Təqaüd proqramına qoşulmaq üçün tələbələr bu meyarlara uyğun olmalıdırlar:
- 2023-cü ildə 2-ci kursu bitirərək 3-cü kurs keçən;
- İqtisadi və biznes, İT, Riyazi və kompüter elmləri, sosial və humanitar sahələr üzrə təhsil alan;
- Universitetə qəbul balı 550 və daha yuxarı olan;
- Universitetdə təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan.
Seçim prosesi bir neçə mərhələdə təşkil ediləcək və onlayn müraciət, qiymətləndirmə və imtahan, müsahibə mərhələlərindən ibarət olacaqdır. Bütün mərhələlərdən uğurla keçən və seçilən tələbələr “Birbank təqaüdçüsü” adını qazanacaqlar.
Qeyd olunan meyarlara uyğun olan tələbələr vaxt itirmədən, link vasitəsilə təqaüd proqramına müraciət edə bilərlər.
Qeydiyyat linki: https://bit.ly/3Q78pCF