Karyera Mərkəzi və Ernst & Young Holdings (CIS) şirkəti təqdim edir: “EY-la tanışlıq”

06 Fevral 2017
view
UNEC Karyera Mərkəzi,  Ernst & Young Holdings (CIS) şirkəti ilə birlikdə “EY-la Tanışlıq” layihəsini təqdim edir. Layihə çərçivəsində bir qrup tələbə və magistrlərimizin şirkətin Bakı ofisinə ziyarəti təşkil olunacaq, onlara şirkətin strukturu, karyera imkanları, gələcək təcrübə proqramları və vakansiyaları haqqında məlumat veriləcəkdir.

Görüşdə ingilis dilində sərbəst danışa bilən, maliyyə və mühasibat sahəsində karyera qurmaq istəyən UNEC-in IV kurs tələbə və magistrləri iştirak edə bilərlər.

Tədbirdə iştirak seçimlə müəyyən ediləcək və yer məhdudiyyətini nəzərə alaraq seçilmiş tələbələrə zəng ediləcəkdir. Tədbirdə iştirak etmək üçün CV-lərinizi [email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur. Elektron poçtun  “subject” bölməsində “EY-CV” sözünü yazmağı unutmayın.

 

Tədbirin keçirilmə tarixi:

17 FEVRAL 2017, saat 15.30

 

P.S. “EY-la tanışlıq” layihəsi çərçivəsində növbəti görüşün III kurslarla mart ayında təşkil edilməsi nəzərdə tutulur.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!