Noyabrın 19-da UNEC-də “Keyfiyyət təminatında təcrübə mübadiləsi” mövzusunda beynəlxalq vebinar keçiriləcək.
Vebinarda Türkiyənin Hacəttəpə, Boğaziçi, Ankara, İstanbul və Yıldız Tekniki universitetləri ilə yanaşı, Azərbaycanın 21 ali təhsil müəssisəsinin Keyfiyyət Təminatı mərkəzlərinin rəhbərləri də iştirak edəcəklər.
Beynəlxalq vebinar gün ərzində iki dəfə olmaqla (10:00-11:30 və 14:00-15:30 saatlarında) hibrid formada- həm onlayn, həm də ənənəvi qaydada təşkil olunacaq.
Tədbir UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.