ADİU ilə Kolumbiya Universiteti arasında bağlanmış Memoranduma əsasən tələbələrimiz bu universitetin Yay Məktəbində iştirak edə bilərlər

16 Aprel 2015
view

kol16042015


Kolumbiya Universitetində Yay Məktəbi!


Azərbaycan Dövlət İqtisad Universiteti ilə dünyanın ən nüfuzlu universitetləri sırasında yer alan Kolumbiya Universiteti arasında bağlanmış Memoranduma əsasən tələbələrimiz bu universitetin Yay Məktəbində iştirak edə bilərlər.


Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:




  • Minimum orta qiymət 80 (100 ballıq qiymətləndirmə sistemində);

  • İngilis dili biliyi: minimum TOEFL 100 IBT və ya 7.0 IELTS.


Kolumbiya Universitetinin kreditlərinin əldə olunmasına imkan verən Yay Məktəbi ilə bağlı daha ətraflı məlumat http://ce.columbia.edu/summer internet ünvanından əldə oluna bilər.


*


Yay Məktəbində iştirak üçün 2015-ci ilin 01 may tarixinə qədər qeydiyyatdan keçmək lazımdır.


Əlaqələndirici şəxs:


Ziba Ağayeva, ADİU-nun Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı


Tel: 012-4926045; e-mail: [email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!