Könüllü işləmək istəyənlərin nəzərinə!

18 Noyabr 2015
view

konullu elan


*


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnnovativ Biznes İnkubator (İBİ) könüllü əsaslarla işləmək arzusunda olan tələbə (magistr) və gəncləri əməkdaşlığa dəvət edir. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər müxtəlif sektorlarda 3 ay müddətində təcrübə keçmək imkanı qazanacaqlar.


 

*

*

*

İşin təsviri:

-Tələbələrin qeydiyyata alınması;
-Cədvəllərin qurulması;
-Kursların, təlimlərin və seminarların təşkil olunması;
-Elan mətnlərinin və afişalarının hazırlanması;
-Gün ərzində saytda və sosial şəbəkələrdə lazımi məlumatları  yerləşdirmək və onlara nəzarət;
-Telefon zənglərinə cavab vermək;
-Daxil olan və göndərilən e-mailləri nəzarətdə saxlamaq və cavablandırmaq;
-Müştəriləri qəbul etmək və xidmətlər barədə ətraflı informasiya vermək, onlarla müntəzəm işləmək;
-Sifarişlərin istiqamətləndirilməsi;
-Müvafiq sənədlərin tərtibi və arxivləşdirilməsi.

Namizədə tələblər:

-Təcrübəyə tam gün (09:00-18:00) cəlb olunmaq imkanı olan;
-Azərbaycan dilini əla bilən;
-Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan;
-Dəqiq, məsuliyyətli və məqsədyönlü;
-Kollektivdə işləməyi bacaran, xoşrəftar, operativ, yaradıcı.

Könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İBİ tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Müraciət etmək istəyən aktiv gənclər, öz CV formanız ilə birlikdə Az 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1 ünvanına 28.11.2015 tarixinə qədər həftəiçi hər gün saat 14:00-18:00 aralığında yaxınlaşabilərsiniz.

Əlaqə: AZ 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1

Tel/Fax:   (+99412) 492 31 21 
Mob/Wp: (+99450) 856 02 01
E-mail:     [email protected]

 Web:       www.ibi.az 
https://www.facebook.com/ibi.aseu.az 
https://instagram.com/innovativ_biznes_inkubator

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!