Noyabrın 22-də UNEC Karyera Mərkəzi və KPMG Azərbaycan şirkəti ilə birgə “Karyera günü” keçiriləcək.
“Karyera günü”ndə KPMG Azərbaycan şirkətinin karyera imkanları və işə qəbul qaydaları barədə ətraflı məlumat veriləcək. İştirakçılar şirkətdə işə qəbul üçün test imtahanından (Numerical Reasoning Test) keçəcəklər. “Karyera günü”ndə UNEC-in III, IV kurs bakalavrları və magistrlər iştirak edə bilərlər.
Tədbir saat 12.00-da başlayacaq. İmtahan UNEC-in əsas tədris binasında (İstiqlaliyyət küçəsi 6) 219 saylı otaqda təşkil olunacaq.
“Karyera günü”ndə iştirak etmək üçün noyabrın 20-dək qeydiyyatdan keçmək lazımdır. Seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.