Lund Universiteti İsveç İnstitutunun İctimai Sektor İnnovasiya Proqramı çərçivəsində beynəlxalq təhsil proqramına sənəd qəbulu elanr edir.
Proqramın məqsədi dövlət sektorunda innovasiyalara töhfə vermək üçün peşəkarların potensialını gücləndirmək və DİM 2030 gündəliyinin həyata keçirilməsinə dəstək verməkdir.
Proqram 35-50 yaş arası, karyerasında müəyyən uğurlara imza atmış, ingilis dili biliklərinə yiyələnmiş QHT, akademiya və ya dövlət qurumlarında çalışan, həmçinin şəhərlərdə təbii resursların idarəetməsi sahəsi ilə sıx bağlı olan şəxslər üçün nəzərdə tutulub.
Tədris müddəti: 13.09.2022-30.06.2023
Dərsin formatı: Hibrid (virtual və Lund şəhərində)
Son müraciət tarixi: 17 iyun 2022-ci il
Maliyyələşdirmə: Proqram ödənişsizdir. İsveçə gediş/gəliş nəqliyyatı və yemək xərcləri İsveç tərəfindən qarşılanır.
Təqaüd və müraciət barədə daha ətraflı məlumat sənəddə ƏLAVƏ olunur.
ƏTRAFLI MƏLUMAT