Made in Azerbaijan – 2018: Biznes ideyaların qəbuluna başlanılır

15 Fevral 2018
view

BİM_2018Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında 3-cü “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.


Müsabiqədə Azərbaycanın bütün ali məktəblərinin tələbələri işirak edə bilər.


Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.


Müsabiqənin mükafat fondu:


Müsabiqədə ilk üç yeri tutan tələbələr qiymətli hədiyyələrlə yanaşı bir həftə Türkiyənin aparıcı universitetlərində fəaliyyət göstərən uğurlu startapların təcrübəsinin öyrənilməsi imkanını əldə edəcəklər.


“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin qrafiki aşağıdakı kimidir:


- 15 fevral-31 mart 2018 – Biznes ideyaların qəbul edilməsi;
- 01 aprel-20 aprel 2018 –  Təqdim edilən biznes ideyaların Ekspert Şurası tərəfindən dəyərləndirilməsi və finalçıların müəyyən edilməsi.


Final mərhələsi aprel-may aylarında həyata keçiriləcək və dəqiq tarix haqqında əlavə məlumat veriləcək. Qaliblərə UNEC-in İnnovativ Biznes İnkubatorunda rezident olaraq fəaliyyət göstərmək təklif ediləcəkdir.


*
Biznes ideyaların təqdim edilməsi barədə tələblər:




  • Biznes ideya fərdi olaraq bir nəfər tərəfindən hazırlanmalı və təqdim edilməlidir;

  • İdeyalar Sərəncama və müsabiqənin missiyasına uyğun olmalıdır;

  • Modern, orijinal, kreativ və aktual yanaşma olmalıdır;

  • Layihənin daxili bazarda tətbiqinin reallığı olmalıdır;

  • Layihənin formatı (esse, təqdimat, video-çarx və digər);

  • Biznes ideyaya uyğun və onun reallaşdırılmasına dair maliyyə planının mövcudluğu.


*
BİZNES İDEYANIN GÖNDƏRİLMƏSİ FORMATI


Soyadı, adı və atasının adı:
Mobil nömrə:
E-mail:
Təhsil aldığınız universitet, ixtisas və kurs:
Layihənin adı:
Layihənin qısa təsviri:
Layihənin təqdimat faylı:
Biznes ideyanın reallaşdırılması üçün lazımi vəsait (Maliyyə planı):


Əlavə qeyd:


İdeyalarınızı 31 mart 2018-ci il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərsiniz. Elektron ünvanın “mövzu/subject” bölməsində “biznesideya2018” sözünü yazmağı unutmayın.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!