“MADE IN AZERBAIJAN” BİZNES İDEYA MÜSABİQƏSİ

11 Mart 2016
view

ELAN 


Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti, İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.

Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

Müsabiqədə 1-ci yer 1000 AZN, 2-ci yer 750 AZN, 3-cü yer 500 AZN mükafat qazanacaqdır.

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafik aşağıdakı kimidir:

10 mart  –   UNEC və Kapitalbank arasında əməkdaşlıqmemorandumun imzalanması və müsabiqənin başlanmasına dair elan verilməsi

10 mart – 12 aprel – Biznes ideyaların qəbul edilməsi

12 aprel – 15 aprel –  Təqdim edilən biznes ideyaların Ekspert Şurasıtərəfindən dəyərləndirilməsi və 6 finalçının müəyyənləşdirilməsi

19  aprel –  Final mərhələsi və Mükafatlandırılma

Finala çıxmış biznes ideyaların təqdimatı və Münsiflər heyəti tərəfindən 3 qalibin müəyyən edilərək mükafatlandırılması.

 

Biznes ideyalar təqdim edilməsi barədə tələblər:

  • İdeyaların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu

  • Modern, orijinal, kreativ və aktual yanaşma

  • Layihənin daxili bazarda tətbiqinin reallığı

  • Layihənin formatı (esse, təqdimat, video-çarx və digər)

  • Sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı


 

İdeyalarınızı12 aprel 2016-cı il tarixinə qədər unec.edu.az/biznesideya2016 səhifəsi vasitəsilə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

BİZNES İDEYANIN GÖNDƏRİLMƏSİ FORMATI

Ətraflı məlumat: unec.edu.az/biznesideya2016

Email: [email protected]

Tel.: (012) 146-1-3

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!