Magistr və bakalavrların nəzərinə: Türkiyədə Erasmus+ proqramı ilə təhsil

08 Dekabr 2021
view

Türkiyə Respublikasının Kütahya Dumlupınar Universiteti 2021/2022-ci tədris ilinin yaz semestri üçün ERASMUS+ mübadilə proqramı elan edir.


Təqdim olunan yer üzrə müsabiqə keçirilir.

Əsas şərtlər:

  • Tələbənin ümumi orta balı (ÜOMG) – 90-dan yuxarı olmalı;

  • Türk dili C1/C2 səviyyəsində olmalı (ingilis dilini bilməsi arzuolunandır);

  • İqtisadiyyat, maliyyə, mühasibat və Biznesin idarə edilməsi ixtisaslarından birində təhsil almalı.


*
QEYD:

  • Müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaq.

  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcək.

  • Müsabiqədə həm bakalavriat, həm də magistraturada təhsil alan tələbələr iştirak edə bilərlər.


*
Müraciət üçün son tarix: 15 dekabr 2021-ci il

Tələb olunan sənədlər:

  • Akademik transkript

  • Niyyət məktubu (motivation letter, türk və ya ingilis dilində)

  • CV (türk və ya ingilis dilində)

  • Xarici pasport

  • Sertifikatlar (əgər varsa)


Sənədlər göstərilən ardıcılıqla bir “pdf” fayl şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır. (Sənədləri ayrı-ayrı fayllarda göndərənlərin müraciətlərinə baxılmayacaqdır).  E-mail başlığında universitetin adını qeyd etməyiniz xahiş olunur.

Proqramla bağlı konsultasiyalar 9 dekabr saat 15.00-da və 14 dekabr 11.00-da zoom platforması üzərindən olacaqdır: https://zoom.us/j/93093167066

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!