Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı distant təşkil olunacaq

14 Aprel 2020
view

kondrans_distant_202029-31 may UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək “II İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı”na məruzələrin göndərilməsi prosesi yekunlaşıb.


Konfransa dünyanın 20 ölkəsindən 600-ə yaxın magistr və doktorant qeydiyyatdan keçib, 542 nəfəri isə məruzələrini elektron qaydada təqdim edib. Məruzələr konfrans elm komitəsi tərəfindən dəyərləndiriləcək.


Dünyada koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyət nəzərə alınaraq, konfransın distant formada keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə fəaliyyət planı artıq hazırlanıb. Konfransın açılış mərasimində ABŞ, Türkiyə və Rusiyanın nüfuzlu universitetlərinin tələbələri müvafiq olaraq ingilis, türk və rus dillərində videoplenar çıxışlar edəcəklər.


Konfransın əsas dəstəkçisi ötən il də olduğu kimi PAŞA Holdingdir.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!