Magistratura mərkəzinə qəbul olunanların sənəd qeydiyyatı başlayır

23 İyun 2017
view
Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura mərkəzinə qəbul olunmuş (Texniki-texnoloji ixtisaslar) bakalavrların sənədlərinin qeydiyyatı II tədris binasında 29 iyun-10 iyul 2017-ci il tarixlərdə saat 1000- 1700- da (şənbə və bazar günləri istisna olmaqla)  otaq 108-də aparılacaqdır.

Qəbul üçün lazım olan sənədlər: 

  1. Şəxsiyyət vəsiqəsinin surəti;

  2. 4 ədəd 3x4 ölçülü foto şəkil (rəngli);

  3. Əvvəlki tədris illərinin məzunları üçün bakalavr diplomunun notariusda təsdiq olunmuş surəti;

  4. 2016/2017-ci tədris ilində universiteti bitirənlər üçün isə bakalavr pilləsini bitirməsi haqda arayış (bitirdiyi universitetin fakültəsindən);

  5. Məcburi köçkünlər üçün özünün və valideynlərinin məcburi köçkün olduqları haqda vəsiqənin surəti, yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti və rektorun adına ərizə;

  6. Ödənişli əsaslara qəbul olanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!