Magistraturaya sənəd qəbulu başlayır

24 İyun 2015
view

Magistraturaya sənəd qəbulu 29.06.2015-cü il tarixindən 10.07.2015-cü il tarixlərində keçiriləcək.
(şənbə və bazar istisna olmaqla).


Sənədlər universitetin I korpusunda (İstiqlaliyyət, 6) 320-ci otaqda saat 10.00-dan 17.00-ə  qədər qəbul edilir.


Əlaqə telefonu:  492-25-06


 

Təhsil haqqı ödənişi 1 № otaqda (universitetin həyətində yerləşir) ödənilir.


 

2015/2016-cı tədris ili üçün sənəd qəbuluna lazım olan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti;

  2. 3X4 ölçülü foto şəkil – 4 ədəd;

  3. Əvvəlki tədris illərinin məzunları üçün bakalavr diplomunun və diplom əlavəsinin notariusda təsdiq olunmuş surəti;

  4. 2014-2015-ci tədris ilində bitirənlər üçün isə bakalavr pilləsini bitirməsi haqda arayış (bitirdiyi universitetin fakültəsindən);

  5. Məcburi köçkünlər üçün özünün və valideynlərinin məcburi köçkün olduqları haqda vəsiqənin surəti, yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti və rektorun adına ərizə;

  6. Hərbi xidmətə çağrılanlar üçün hərbi komissarlıqdan arayış və rektorun adına ərizə;

  7. Ödənişli əsaslarda qəbul olanlar üçün təhsil haqqının tam ödənilməsi haqqında qəbzin surəti.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!