Magistrlər üçün Alman professorun iştirakı ilə yaz məktəbi

31 Mart 2017
view
UNEC-də Almaniyanın Siegen Universitetinin birgə layihəsi olan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində 17-21 aprel 2017-cı il tarixlərində UNEC-də Siegen Universitetinin və UNEC magistr tələbələrinin birgə iştirakı ilə Yaz Məktəbi təşkil olunacaq. Mühazirələr Siegen Universitetinin professoru Petra Moog tərəfindən aparılacaq.

Yaz məktəbində iştirak etmək üçün əsas şərtlər:

  • UNEC-in magistr tələbəsi olmaq (Magistratura mərkəzinin və ya UNEC Biznes məktəbinin 1, 2-ci kurs magistrləri)

  • İngilis dilində sərbəst danışmalı


Müraciət üçün sənədlər:

  • Transkript (orta bal göstərilməklə)

  • CV

  • Biznes ideya (1 səhifəlik)


İştirakçılar müsahibə yolu ilə seçiləcəklər.

Yaz məktəbinin içtirakçıları kredit və sertifikat əldə edəcək. Həmçinin yaz məktəbin nəticələrinə görə iştirakçılar Almaniyada təşkil olunacaq gış məktəbində iştirak etmək şansı əldə edəcəklər.

Sənədlərin son qəbul tarixi: 11 aprel 2017-ci il

Ünvan: UNEC, əsas tədris binası, İstiqlaliyyət 6, 115-ci otaq, Afət Ələkbərova, 492-60-45
[email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!