Erasmus+ proqramı çərçivəsində Litvanın Mikolos Romeris Universitetində 2017-2018-ci tədris ilinin yaz semestrində təhsil almaq üçün UNEC-in bir magistr tələbəsinə təqaüd imkanı təkilf olunur.
Proqrama müraciət etmək üçün əsas şərtlər:
- UNEC-in 1-ci kurs magistri olmalı
- İngilis dilində sərbəst şəkildə danışmalı (C1 səviyyəsində)
- Bakalavr təhsili üzrə örta bal göstəricisi 91-dən yuxarı olmalı
*
Tələb olunan sənədlər:
- Akademik trasncript (bakalavr pilləsi üzrə)
- İngilis dilini mənimsəmə səviyyəsini təsdiq edən sənəd (TOEFL və ya s.)
- Motivasiya məktubu (min.150 - max.250 söz)
- Magistraturada təhsil almaq haqqında arayış
- CV (ingilis dilində)
- Pasportun sürəti
*
Müraciətin son qəbul tarixi: 01 dekabr 2017-ci il saat 17.00
Ünvan: UNEC-in əsas tədris binası, Beynəlxalq əlaqələr departamenti, İstiqlaliyyət küç., 6, 115-ci otaq,
Əlaqə üçün: Afət Ələkbərova, e-mail: [email protected], telefon: 492-60-45