2022/2023-ci tədris ili üzrə UNEC-in MBA proqramı üzrə 1-ci kurs tələbələri üçün ABŞ-ın Linkoln Universitetinin ikili diplom proqramına qeydiyyat başlayıb.
Proqrama qəbul olan UNEC tələbələri 2-ci kurs təhsillərini Linkoln Universitetində davam etdirmək şansı əldə edə biləcəklər. Proqramı uğurla bitirən tələbələr həm UNEC, həm də Linkoln Universitetinin diplomunu əldə edə biləcəklər.
Əsas qəbul şərtləri:
1. UNEC-in birinci kurs magistr tələbəsi olmaq
2. Minimum orta bal (ÜÖMG) – 81 bal
3. İngilis dili – B2
*
*
Tərəfdaş universitet - Linkoln Universiteti
Müddət - 1 il
Tədris dili - İngilis dili
Tədrisin başlanması - 2022-ci il, avqust
Tədrisin bitməsi – 2023-ci il, avqust
Son müraciət tarixi - 31 mart 2022-ci il
Sənədlər bir fayl şəklində (pdf formatinda) aşağıdakı ardıcıllıqla təqdim olunmalıdır:
- Akademik transkript (azərbaycan dilində)
- CV (ingilis dilində)
- Pasport (şəkil olan səhifəsi, yoxdursa vəsiqə və ya tələbə kartı)
- IELTS və ya TOEFL sertifikatı
*
Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:
UNEC, Beynəlxalq Əməkdaşlıq Departamenti, 115-ci otaq, əsas tədris binası
E-mail: [email protected]
Telefon: 492-60-45