Magistrlərin nəzərinə: İspanyanın Malaga Universitetində Erasmus+ mübadilə proqramı ilə təhsil imkanı

24 Sentyabr 2020
view

İspanyanın Malaga Universiteti tərəfindən UNEC-in magistrləri Erasmus+ mübadilə proqramında iştirak etməyə dəvət olunur.


Erasmus+ proqramının əsas şərtləri:

  • xarici universitetə təhsil haqqı ödənilmir

  • tələbələrin yol xərcləri qarşılanır

  • bir semestr ərzində tələbələrə aylıq təqaüd verilir (təqaüdün miqdarı ölkə üzrə fərqlənir)

  • bir semestr təhsil almaq imkanı

  • yerlər üzrə müsabiqə keçirilir

  • tələbələrin orta balı (ÜÖMG) – 91-dən yuxarı olmalı

  • gedəcək ölkənin xarici dilini sərbəst bilməli (ingilis dili B2/C1 səviyyəsində)

  • 1-ci kurs magistr pilləsi üzrə təhsil alan UNEC tələbələri


*


Tələb olunan sənədlər:

  • Transkript

  • CV (ingilis dilində)

  • Xarici pasport

  • Niyyət məktubu (motivation letter) təhsil almaq istədiyi universitet üçün (ingilis dilində)


*
Malaga Universitetinin Erasmus+ proqramında UNEC-dən 3 magistr tələbəsi iştirak edə biləcək.


Son müraciət tarixi: 5 oktyabr, 2020-ci il
Müraciət üçün: [email protected] email ünvanına sənədlər PDF formatında göndərilməlidir.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!