Şimali Makedoniya Respublikasının Beynəlxalq Balkan Universiteti 2021/2022-ci tədris ilinin yaz semestrində magistratura tələbələri üçün ERASMUS+ proqramı çərçivəsində iki aylıq təqaüdlü təcrübə proqramına müsabiqə elan edir.
Əsas şərtlər:
- Tələbənin ümumi orta balı (ÜOMG) – 91-dən yuxarı olmalı
- İngilis dili C1/C2 səviyyəsində olmalı (dil sertifikatı olanlara üstünlük verilir).
QEYD:
- Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaqdır.
- Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük ikinci kurs tələbələrinə veriləcəkdir.
Müraciət üçün son tarix: 24 noyabr 2021-ci il
Tələb olunan sənədlər:
- Akademik transkript
- Niyyət məktubu (motivation letter, ingilis dilində)
- CV (ingilis dilində)
- Xarici pasport
Sənədlər göstərilən ardıcılıqla “pdf” formatında [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır. Müraciət olunan universitetin adının emailin “Mövzu” hissəsində qeyd olunması xahiş olunur.
Mübadilə prqramları ilə bağlı onlayn konsultasiyalar həftənin çərşənbə günü saat 15.00-da və cümə aşxamı saat 11.00-da zoom platforması üzərindən keçirilir: https://zoom.us/j/93093167066