“McDonald’s Azərbaycan” UNEC tələbələr üçün təqaüd müsabiqəsi elan edir

18 Oktyabr 2021
view

memorandum_280921UNEC ilə “McDonald’s Azərbaycan” QSC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində UNEC tələbə və magistrantlarının təhsil haqlarının müsabiqə yolu ilə “McDonald’s Azərbaycan” QSC tərəfindən maliyyələşdirilməsi üzrə təqaüd müsabiqəsi elan edilir.


Təqaüd proqramı əlilliyi olan və ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan təhsilalanlar üçün nəzərdə tutulur. Ödənişli əsaslarla bakalavriat və magistratura səviyyəsi üzrə normativ təhsil müddətində təhsil alan və akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər bu barədə müraciətlərini və əlillik haqqında arayışlarını noyabr ayının 3-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!