Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin təşəbbüsü ilə xüsusi platforma yaradılıb.
Azərbaycan Miqrasiya Araşdırmaları Xidmətinin Təşəbbüsü (AMAT) adlanan yeni platforma miqrasiya sahəsində yeni ideyaların formalaşdırılması məqsədilə bu sahədə fəaliyyət göstərən şəxslər, eləcə də ölkədə miqrasiyanın elmi cəhətdən araşdırılması və tədqiqi ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.
Maraqlananlar CV və miqrasiya sahəsində araşdırma fəaliyyətini əks etdirən məlumatları 20 dekabr 2019-cu il tarixinədək [email protected] e-poçt ünvanına göndərə bilərlər.