Akademik profillər müəlliflərin metrik göstəricilərini əks etdirən əsas vasitədir. Müəlliflər profillər yaradaraq, elmi əsərlərinin əlçatanlığını və istinad göstəricilərinin artırılmasını təmin edə bilərlər. Akademik profillərin aşağıdakı üstünlükləri mövcuddur:
Məqalələrin siyahısı- Google Scholar, Research Gate, ORCID, Publons
Metrik göstəricilər- Google Scholar, Research Gate, Publons
Tərcümeyi hal- Research Gate, ORCID, Publons
Rəyçilik üzrə fəaliyyət göstəriciləri- ORCID, Publons
Müəlliflər əsərlərinin yüksək təsir göstəricisi olan (Q1-Q2 kvartilli) jurnallarda nəşr etdirmək üçün yuxarıda göstərilən profillərin yaradılması məqsədəuyğundur.
UNEC professor-müəllim heyəti və elmi əməkdaşlarının nüfuzlu elmi bazalarda və platformalarda (ORCID, Publons, Google Scholar, Research Gate) şəxsi profillərinin yaradılması məqsədilə aşağıdakı məlumatların nəzərdən keçirilməsi tövsiyə olunur.
Google Scholar profilinin yarardılması - https://www.youtube.com/watch?v=bxZpPFGVqxM
Research Gate profilinin yaradılması - https://www.youtube.com/watch?v=mKuTpUH1VmM
ORCID profilinin yaradılması - https://www.youtube.com/watch?v=IceNPZ5B1h4
Publons profilinin yaradılması - https://www.youtube.com/watch?v=pm9tYWv8daw
Müəlliflər tərəfindən yaradılmış profillərin qeydiyyata alınması üçün link- https://forms.gle/1VwbcEFSPRG2q5Rx7
Bununla yanaşı qeyd etməliyik ki, Web of Science və Scopus müəllif profilləri UNEC əməkdaşlarının elmi əsərləri bu elmi nəşr platformasında indeksləndiyi zaman Clarivate və Elsevier şirkətləri tərəfindən avtomatik olaraq yaradılır.
Əlavə məlumat almaq üçün Elmmetrika https://unec.edu.az/elmmetrika-sobesi/ şöbəsinə müraciət edə bilərsiniz.