Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində müəllimlər arasında esse müsabiqəsi elan olunur.
Müsabiqə inklüziv təhsilin əhəmiyyətini, əlilliyi olan insanların cəmiyyətə inteqrasıyasının vacibliyini geniş ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə keçirilir.
Mövzu:
Müsabiqə “İnklüziv cəmiyyətin formalaşması və inkişafında inklüziv təhsilin əhəmiyyəti” mövzusu üzrə keçirilir.
Müəllif təqdim etdiyi essedə inklüziv təhsilin əhəmiyyətini auditoriyaya sadə və ritorik üslubda təqdim etməklə yanaşı, öz təcrüblərinə istinadən uğurlu təlim metod və yanaşmalarını da bölüşə bilər.
Təqdim olunan esselerdə əlillik anlayışı və əlilliyi olan şəxslərə qarşı stiqmatizasiya yaradan ifadə və fikirlərin işlədilməməsinə xüsusi diqqət yetirilməlidir.
Əsas şərtlər:
- Essenin adı, müəllifin adı və soyadı, vəzifəsi, elmi dərəcəsi (əgər varsa), işlədiyi qurumun adı və ünvanı, elektron poçt ünvanı və telefon nömrəsi məqalənin titul səhifəsində yazılmalıdır.
- Müsabiqədə bütün yaş qruplarından olan müəllimlər iştirak edə bilər.
- Hər müəllif yalnız bir esse ilə müsabiqədə iştirak edə bilər.
- Yalnız heç bir mətbuat orqanında çap olunmamış esselər müsabiqəyə buraxılır.
- Təqdim edilən esselər Microsoft Word proqramında, A4 formatda, Times New Roman 14 şriftində yığılmalı, həcmi 3-5 səhifə olmalıdır.
- İstinad edilmiş mənbələr mətnin sonunda aydın şəkildə göstərilməlidir.
- Esselər Azərbaycan dilində təqdim olunmalıdır.
Mükafat:
Müsabiqə qalibləri I, II və III yerlər üzrə müəyyən olunur. I yerin qalibi 500 AZN, II yerin qalibi 350 AZN və III yerin qalibi 150 AZN məbləğində pul vəsaiti ilə makafatlandırılacaq və xüsusi diplom ilə təltif olunacaqlar.
Bir neçə müəllif tərəfindən yazılmış esselər qəbul edilir, lakin belə olan halda müəlliflərə qalib olduqları təqdirdə bir mükafat verilir.
Seçilmiş esseler layihə tərəfindən müvafiq internet resurslarlarında dərc olunacaq.
Qeyd: Təqdim edilən esselərin mətnləri eynilik təşkil etdiyi təqdirdə o plaqiat hesab olunur və müsabiqəyə buraxılmır.
Müsabiqəyə işlər 31 oktyabr 2019-cu il tarixinədək [email protected] elektron poçt ünvanında qəbul olunur.