Müəllimlərlə tələbələrin debatı: “İnsan kapitalının inkişafı: Təhsil ölkəmizin sosial problemidir, yoxsa iqtisadi?”

20 Aprel 2018
view
debatUNEC-in İqtisadiyyat fakültəsində “1 müəllim-1 tələbə” adlı yeni layihəyə start verilir.

UNEC-in gənc müəllimi, “İqtisadçı” Tələbə Elmi Dərnəyinin rəhbəri Zeynəb Qiyasovanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində bir müəllim ilə bir tələbənin təqdimatında debatlar təşkil olunacaq. Debatların məqsədi tələbələr arasında Strateji Yol Xəritələrinin əsas istiqamətlərinin öyrənilməsini və müzakirəsini təşkil etməkdir.


İlk debat “İnsan kapitalının inkişafı: Təhsil ölkəmizin sosial problemidir, yoxsa iqtisadi?” mövzusunda olacaq.


Debatda həmçinin “İqtisadiyyatın tənzimlənməsi” fənni üzrə test sualları ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılacaq.


Debatlarda UNEC-in bütün tələbələri iştirak edə bilər.


Debat aprelin 30-da, saat 11:00-da UNEC-in II tədris binasında, 202 saylı otaqda keçiriləcək. İştirak etmək istəyənlər “İqtisadiyyatın tənzimlənməsi” kafedrasına müraciət edə bilərlər.


Telefon: 012 564 37 06
E-mail: [email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!