Nyukasl Universiteti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən sahibkarlıq sahəsinə aid vebinarlar keçiriləcək.
Vebinarlarda biznes və sahibkarlıq təcrübəsinin Böyük Britaniya və Azərbaycanda fəaliyyət göstərən müəllimlər üçün paylaşılması nəzərdə tutulub. Təlimdə iştirak edən müəllimlər bu sahə üzrə strategiyanın hazırlanması, müxtəlif kontekstlərdə korporativ təlimlərin təmin edilməsində səriştə, bilik və bacarıqların inkişafını, həmçinin bilik mübadiləsi əldə edəcəklər.
İlk vebinar 24 fevral 2022-ci il tarixində, saat 14:30-da baş tutacaq.
Əlaqə: tel: +994552894080 Elnur Əliyev, ([email protected])