UNEC-də Oriyentasiya günü keçiriləcək

08 Sentyabr 2015
view
Azərbaycan Dövlət İqtisad Universitetinə yeni qəbul olan tələbələr üçün Oriyentasiya günü keçiriləcək.

Dünya universitetlərində ənənəvi təşkil olunan Oriyentasiya Gününün məqsədi yeni qəbul olan tələbələri universitet həyatı ilə tanış etmək və əyləncəli, pozitiv gün yaşatmaqdır. 14 sentyabr saat 10:00-18:00-dək keçiriləcək tədbirə yeni qəbul olan tələbələr və valideynlər, o cümlədən digər qonaqlar dəvətlidir. Gün boyu universitet barədə təqdimatlar, Məlumat və bələdçi xidməti, tələbələrin ifasında musiqili hissə, Köpük Şou, əyləncəli oyunlar, stolüstü tennis, rəsm sərgisi və digər pozitiv fəaliyyətlər Sizi gözləyir. Gün ərzində Karyera Mərkəzi yeni qəbul olan tələbələr üçün məsləhətlər təşkil edəcəkdir. Tədbir zamanı peşəkar foto və video xidməti də fəaliyyət göstərəcək.
Tədbir əsas tədris binasında təşkil olunacaq.
Məlumat və bələdçi xidməti bütün tədris binalarında fəaliyyət göstərəcək.


Universitet həyatına maksimum əyləncə və pozitiv başlamaq istəyən hər kəsi Oriyentasiya Günündə gözləyirik!

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!