Paşa Bank Təcrübə proqramı elan edir

19 May 2022
view

tp_190522Əziz tələbə və məzunlar ! PAŞA Kapital İnvestisiya Şirkəti QSC 2022-ci ilin İyul ve Avqust aylarında ödənişli Yay Təcrübə Proqramı elan edir.


Tədbir 20 may saat 11:00-da UNEC-in əsas tədris binasının böyük akt zalında baş tutacaqdır. Təcrübə proqramında nələri qazanacaqsınız? -“PAŞA Kapital” komandasının bir hissəsi olmaqla müasir korporativ idarəçilik prinsiplərini əyani mənimsəyəcəksiniz - Sizə məxsus yeni təklifləri yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq, müxtəlif növ layihələrdə və əməliyyatlarda iştirak edəcəksiniz - Təcrübə proqramının sonunda sertifikatla təltif olunacaqsınız; -Seçilmiş tələbə və məzunlar,tələb olunan şərtlərə cavab verdiyi halda işlə təmin oluna bilər.

Təcrübə proqramı haqqında məlumat:

  • AR əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

  • Stimullaşdırıcı əmək haqqı;

  • İş qrafiki: Həftənin 5 günü saat 10:00-dan saat 17:00-dək;


Təcrübə proqramına kimlər qoşula bilər? -İqtisadiyyat, Maliyyə və Biznesin Təşkili ixtisas yönümlü 4-cü kurs bakalavr məzunlar

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!