“Qarabağ və Şərqi Zəngəzurn İqtisadi Rayonunun resurslarna həsr olunan seminar keçiriləcək

13 İyun 2022
view

seminar_posterUNEC-də “Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonunun resurs potensialı və ondan istifadə imkanlarının artırılması” mövzusunda onlayn seminar keçiriləcək.


Mövzu ətrafında UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin rəhbəri prof. İrşad Kərimli, UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin tədqiqatçısı i.e.d. Mayis Gülalıyev və İsveçrə St.Qallen Universitetinin Siyasi Elmlər və İqtisadiyyat Məktəbinin doktorantı Nərgiz Hacıyeva təqdimatla çıxış edəcəklər.

14 iyun 2022-ci il tarixində saat 15.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/93956246097 (giriş kodu: 508318) linki vasitəsilə qoşula bilərsiniz.

“Şuşa ili”nə həsr olunan tədbir Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

SEMİNARI İZLƏMƏK ÜÇÜN

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!