Rektor Ə. Muradov “Əmtəəşünaslıq” fakültəsinin tələbə və müəllimlərini 3 saylı tədris binasında qəbul edəcək

29 Oktyabr 2015
view
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun tələbə və müəllimlərlə, eyni zamanda əməkdaşlarla görüşü onların təhsil aldıqları və ya çalışdıqları tədris binalarında keçiriləcək. Qəbula noyabr ayından başlanılacaq.

İlk qəbul 3 noyabr tarixində “Əmtəəşünaslıq” fakültəsində təşkil olunacaq.

Görüşlər hər həftənin çərşənbə axşamı bütün tədris binalarında növbəli şəkildə keçiriləcək. Tələbələr 13:30-dan 14:30-dək, müəllimlər və digər əməkdaşlar 14:30-dan 15:30-dək qəbul olunacaqlar.

Qəbula yazılmaq üçün (012) 505-48-01 nömrəsinə zəng etmək lazımdır. Rektor görüşdə müvafiq tədris binasında çalışan tələbə, müəllim və əməkdaşların müraciətlərini dinləyəcək.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!