“Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

29 Mart 2021
view

reqemsal 07 may — копияMayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II Beynəlxalq elmi-praktiki  konfrans (onlayn) keçiriləcək.


Konfransın məqsədi dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək rəqəmsal iqtisadiyyat mövzusunda mövcud müasir trendlər ətrafında müzakirələr aparıb, qarşıda duran vəzifələri müəyyən etməkdir.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis

Konfransın müzakirə mövzuları:

  1. Rəqəmsal texnologiyalar, süni intellekt və big data;

  2. Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri;

  3. Covid-19 pandemiyası dövründə qlobal iqtisadiyyatın müasir durumu və sabitləşmə strategiyalarında rəqəmsal texnologiyalar;

  4. Rəqəmsal məşğulluğa keçid: problemlər və perspektivlər;

  5. Dövlət idarəetməsinin rəqəmsal transformasiyası;

  6. Rəqəmsal əməkdaşlığa regional baxış;

  7. Maliyyə sektorunun rəqəmsallaşması;

  8. Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası;

  9. Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər;

  10. Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar;

  11. Ağıllı şəhər və ağıllı kənd: beynəlxalq təcrübə.


 *
KONFRANS MATERİALININ TƏRTİBATI QAYDALARI VƏ TƏLƏBLƏR

  1. Konfrans materiallarının tərtibatı üçün Forma (azərbaycan və ingilis dilində) əlavədə verilib. Materialların həmin formada təqdim olunması şərtdir.

  2. Materiallar A4 formatda (yuxarı və aşağı sahələr 2 sm, sol və sağ sahələr 3 sm) Times New Roman şrifti, 12 ölçüdə, 1.15 intervalla, düzləndirmə eninə, həcmi 4-5 səhifə olmaqla hazırlanmalıdır. Xülasə 100-150 sözdən, açar sözlər isə 5 sözdən artıq olmamalıdır.

  3. Şəkillər aydın və keyfiyyətli olmalı, mətnin mərkəzində yerləşdirilməlidir. Şəkildən sonra bir sətir buraxılmalı, daha sonra mərkəzdə onun başlığı "Şəkil" sözü ilə başlayaraq ardıcıl nömrələnməli və şəklin qısa təsviri verilməlidir. Hər şəklə mətnin içində mütləq istinad olmalıdır, məsələn (şək.1).

  4. Cədvəllər Microsoft Word və ya Excel proqramında hazırlanmalı və mətnin mərkəzində yerləşdirilməlidir. Daha sonra mərkəzdə cədvəlin başlığı "Cədvəl" sözü ilə başlayaraq ardıcıl nömrələnməli və növbəti sətirdə onun qısa təsviri verilməlidir. Başlıq cədvəlin üstündə yerləşdirilməli, daha sonra bir sətir buraxılmalıdır. Hər cədvələ mətnin içində mütləq istinad olmalıdır, məsələn (cədvəl 1).

  5. Düsturlar standart Word Equation redaktorunda yazılmalı, düsturdan əvvəl və sonra bir sətir buraxılmalı və ardıcıl nömrələnmədən istifadə olunmalıdır. Düsturun nömrəsi sağda mötərizədə göstərilməlidir. Mətndə düstura istinad edildikdə, düsturun nömrəsi də mötərizədə göstərilməlidir.

  6. İstinadların siyahısı əlifba sırası ilə yazılmalı, mətnin içində sitatlar kvadrat mötərizədə istinadın sıra nömrəsi ilə verilməlidir, məsələn [1, 2]. İstinadlarda son illərin nəşrlərinə müraciət olunması arzuolunandır.

  7. Konfrans materiallarının təqdim olunması üçün elektron ünvan: [email protected]
    Faylın adı müəllifin ad və soyadına uyğun olmalıdır (həmmüəlliflər olduqda məqalədə adı birinci göstərilən müəllifin ad və soyadı qeyd olunmalıdır). Məsələn, rena_huseynova

  8. Konfrans materiallarının təqdim olunması üçün son tarix: 07.04.2021-ci il

  9. Elm komitəsi təqdim edilən materialları konfransın istiqamətlərinə uyğun seçim etmə hüququna malikdir. Digər nəşrlərdə çap edilən və qoyulan tələblərə cavab verməyən materiallar qəbul edilməyəcək. Materiallar antiplagiat proqramı ilə yoxlanılacaq.

  10. Konfrans materialları toplusunun elektron variantı konfransın saytında yerləşdiriləcək və müəllifin e-mailinə göndəriləcək.


*
Konfransın saytı: http://de-conf.unec.edu.az
Konfransın keçiriləcəyi ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç, 6, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
telefon: (+99412) 4925731 / 4926520
Konfransın təşkilat komitəsi ilə əlaqə: email: [email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!