Rusiyanın Ali İqtisad Məktəbində magistratura təhsili almaq və Olimpiadada iştirak etmək imkanı
15 Dekabr 2015
Nəzərinizə çatdırırıq ki, 2016-ci il 13-14 fevral tarixlərində UNEC-də MTU AİM tərəfindən növbəti olimpiada təşkil olunacaq. Olimpiadanın qalibləri “Ali İqtisad Məktəbi”-nin magistr proqramlarında ödənişsiz əsaslarla təhsil almaq üçün qəbul imtahanlarından azad olunacaq, təhsil müddətində aylıq təqaüd və yataqxana ilə təmin olunacaqlar.
Olimpiadada UNEC-in3-cü və 4-cü kurs tələbələri və magistrantları iştirak edə bilərlər. Qeydiyyat Olimpiadanın http://olymp.hse.ru/ma internet ünvanında 2016-cı ilin fevral ayının 1-nə kimi davam edəcək.
Olimpiada ilə bağlı daha ətraflı məlumat http://olymp.hse.ru/ma, magistratura proqramları haqqında isə http://ma.hse.ru/list internet ünvanından əldə oluna bilər.Olimpiadaya hazırlaşmaq və ötən illərin tapşırıqları haqqında məlumat əldə etmək üçün: http://talent.hse.ru/olimp/ma/profile və http://olymp.hse.ru/ma saytlarına daxil olmaq lazımdır.
Olimpiadaya qeydiyyatla bağlı və əlavə məlumat üçün UNEC-in Beynəlxalq əlaqələr Departamentinə müraciət etmək olar.
Əlaqə üçün: Afət Ələkbərova, UNEC-in I saylı tədris binası, Bakı ş., İstiqlaliyyət küç. 6, 115-ci otaq, tel. 492 60 45.
Olimpiadanın bukleti