Rusiyanin ali iqtisad məktəbində təcrübə keçmək imkanı

11 Noyabr 2016
view
Təhsil və elm sahəsində imzalanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi” (MTU AİM) Azərbaycan Dövlət İqtisad Universitetinin 3-4-cü kurs tələbələrini və magistrantlarını 2016/2017-cı tədris ilinin 05-18 dekabr tarixləri arasında 2 həftə ərzində tələbə təcrübə  proqramında iştirak etməyə dəvət edir.

Proqramın əsas məqsədi tələbələrin əlavə bilik, təcrübə və bacarıqlarının əldə olunmasında, həm şəxsi, həm professional əlaqələrin yaradılmasında dəstək olmaq və köməklik göstərməkdir. Təcrübə zamanı tələbələr seçilmiş ixtisas üzrə kurslara qatılmaq, AİM-in təşkil etdiyi elmi seminar və konfranslarda iştirak etmək, universitet kitabxana resurslarına daxil olmaq imkanlarını əldə edəcəklər. Proqramın sonunda tələbələr sertifikat ilə təltif olunacaqlar.

Proqram çərçivəsində tələbələr yalnız öz nəqliyyat və yaşayış xərclərini qarşılayırlar.

Proqramda iştirak etmək arzusunda olanlar CV və sərhədkeçmə sənədini/pasportun sürətini 2016-ci il 14 noyabr tarixinə kimi Beynəlxalq Əlaqələr Departamentinə (tel.: 492 60 45, otaq 115, Afət Ələkbərova)  təqdim etməlidirlər.

Proqram haqqında ətraflı məlumat https://www.hse.ru/sng/internships saytında yerləşdirilmişdir.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!